44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir gənclərin vətənpərvərlik hisslərinin artırılması, tarixi gerçəkliklərin öyrənilməsi və şəhidlərimizin yad edilməsi məqsədinə xidmət edib.